Bakıda ağırçəkili şəxsi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evdən çıxarıb xəstəxanaya apardılar.

Unikal.org xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili yardım briqadasına təhvil verilməsi barədə müraciət daxil olub. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.