Space Tv-də Amil Xəlilin «Gəl, dərdini danış» layihəsində növbəti maraqlı anlar yaşanıb.

Unikal.org xəbər verir ki, ilk olaraq verilişə etibarnamə ilə avtomobil sürənlər çıxıb. Onlar eyni aqibətlə qarşılaşıb. Belə ki, maşını etibarnamə ilə alsalarda maşının rəsmi sahibilər avtomobili satdığı adamdan geri alıb. Bu cür hallarla qarşılaşmamaq üçün nə etməli?
 
Daha sonra evli kişiyə qoşulub qaçan İlhahə başına gələn dəhşətli işgəncədən danışıb. O çox peşman olduğunu da dilə gətirib. 

Qeyd edək ki, «Gəl, dərdini danış» sosial-kriminal layihə həftə içi hər gün saat 15:25 də Space Tv-də yayımlanır.