2020-ci ildə "Bakı Metropoliteni”nin Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək.
Unikal.org-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni” QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədovun sözlərinə görə, 2018-ci ildə "Avtovağzal” stansiyasından Xocahəsən deposuna aparan tunellərdən biri inşa olunub.
"2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılacaq, yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq”.