SOCAR Xəzər dənizini çirkləndirir.
Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkədə Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı məlumat yazıb. O, bu məsələnin araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirinə müraciət edib:
"Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevin və nazirlik nəzdindəki Monitorinq qrupunun diqqətinə, düşünürəm ki,yoxlanılmasına ciddi ehtiyac duyulur.
Təşkilatımıza daxil olan məlumatda qeyd olunur ki, Azneft strukturuna daxil olan Neft Daşları NQÇİ-nin Neft yığım məntəqəsindən hər gün Xəzər dənizinə 100 tonlarla neftdən ayrılan radiasiya tərkibli lay suları, Neft Daşları NQÇİ - rəisi Qoçəli Mahmudovun göstərişi ilə Xəzər dənizinə axıdılır. Bu hal artıq orada çalışan işçilərin gündəlik iş rejiminə çevrilib".