Göygöl rayonunda yaşayış evi yanıb.

Unikal.org-un verdiyi məlumata görə, yanğın rayonun Quşçu kəndində olub. Belə ki, ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində 3 otağın və dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə, bitişik ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 8 ton ot bağlaması yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.