"Azərbaycanda orta məktəblərdə dinlə bağlı yeni fənnin tədrisi nəzərdə tutulmayıb".
Unikal.org xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, Azərbaycan təhsil standartları qanunvericiliyinə əsasən din fənninin tədrisi nəzərdə tutulmayıb: "Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahəyə aid bilgilərin verilməsi din tədrisi deyil. Müxtəlif dinlərə bağlı olaraq məlumatlar verilir. Dinlə bağlı bəzi məlumatlara həm tarix, həm də "Həyat bilgisi" dərsliyində rast gəlmək mümkündür".
C.Bayramov qeyd edib ki, burada yenilik yoxdur: "2018-ci ildən etibarən yeni kurikulum sistemi tədris edilən müddətdən dinlə bağlı bilgilər yuxarıda adları sadalanan dərsliklərdə verilir".