Sabah müqəddəs Ramazan ayının üçüncü günüdür.
Unikal.org xəbər verir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak vaxtı saat 03:54, iftar vaxtı isə 19:58-ə təyin olunub.
İmsak duası:
“Ya Rəbbim indi nə qədər sahura qalxan mömin varsa onların niyyətini qəbul et. Qalxmayanlara da niyyət nəsib et Rəbbim”
İftar duası:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
“Allahım! Sənin üçün oruc tutdum. Sənə iman etdim. Sənə güvənib dayandım. Ruzinlə iftar etdim. Bizdən bunu qəbul et. Şübhəsiz Sən, hər şeyi eşidən və bilənsən”
“Susuzluq getdi. Damarlar islandı. İnşallah savab sabit oldu”
“Ey bağışlaması bol olan Allahım! Məni, ana-atamı və bütün möminləri hesab günündə mağfirət et”.
Allah dualarınızı qəbul etsin!