Bakıda  intihar etmək istəyən qadını polislər xilas edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtın Qara Qarayev prospektindən Ziya Bünyadov prospektinə gedən istiqamətdə olan körpüdən bir qadın özünü atmaq istəyib.

Bu zaman əraziyə gələn polislər onu fikrindən daşındıraraq  xilas ediblər. Sonra xanım izahatı alınmaq üçün polis idarəsinə aparılıb.

Famil Fərhadoğlu