Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas Komitə sədri Fuad Muradovla görüşüb.
Unikal.org xəbər verir ki, qonağa xaricdə yaşayan azərbaycanlılar və ölkəmizin diaspor siyasəti barədə məlumat verilib.
Görüşdə diasporla əlaqələrin möhkəmləndirilməsi, informasiya siyasəti, diaspor təşkilatlarının fəaliyyəti, azərbaycanlıların yaşadıqları ölkələrə inteqrasiya olunmaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa İttifaqı ilə əməkdaşlığının perspektivləri müzakirə olunub.