Bu gün 251 nömrəli tam orta məktəbdə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Naxçıvanski küçəsi 60, 62, 64, 68, 70 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirib.
Unikal.org xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Qəbulda sakinləri narahat edən problemlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, bir qisminə qanunamüvafiq cavablar verilib, digər əlavə araşdırma tələb olunan məsələlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb