Lənkəran rayonunda intihara cəhd hadisəsi baş verib.

Unikal.org xəbər verir ki,  2003-cü il təvəllüdlü Lənkəran rayonu Tütəpeştə kənd sakini Nərmin Zaur qızı Əsgərovanın işlədiyi istirahət-əyləncə mərkəzində halı pisləşib. Bu səbəbdən o Təcili tibbi yardımla Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan N.Əsgərova reanimasiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, o, intihar etmək məqsədilə 15 ədəd həb qəbul edib. 

Faktla bağlı araşdırma aparılır.