Hazırda Şimali Koreyanın əlində 20 nüvə bombasının olduğu hesab edilir.
Bu iddia ilə ABŞ ekspertləri çıxış edib.
Vaşinqton Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun mütəxəssisləri hazırda KXDR nüvə arsenalının 13-21 nüvə başlığına sahib olduğunu hesab edir.
Ekspertlər Pxenyanın ölkə ərazisində həqiqətən də başqa sentrifuqa zavodunun olduğu təqdirdə daha çox nüvə bombasının ola biləcəyini istisna etmir.(Axar.az )