Biləsuvar rayonunun Günəşli kəndində yanğın hadisəsi qeydə alınıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, kənd bələdiyyəsinə məxsus ərazidə 30 ha sahədə biçilmiş arpa sahəsi yanıb.
Yaxınlıqdakı biçilməmiş taxıl və otlaq sahələri yanğından mühafizə olunub.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.