Ölkənin ən böyük marketlər şəbəkəsi olan “Araz”  Suraxanı rayonu, Yeni  Suraxanı qəsəbəsində supermarket mağazasını açaraq, şəbəkəsini bir qədər də genişləndirir.

Unikal.org xəbər verir ki, “Siz harada, Araz orada” sloqanına sadiq qalan “Araz” supermarketlər şəbəkəsi mayın 31- dən etibarən Yeni Suraxanıda fəaliyyətə başlayır. “Araz” supermarket  geniş sahəsi, qida və qeyri-qida məhsul çeşidləri ilə sakinlərə rahat, əlverişli alış-veriş mühiti yaradır.

Mağazada meyvə və tərəvəz, ət və ət məhsulları, süd və süd məhsulları,  gigiyenik vasitələr, məişət avadanlığı, mətbəx ləvazimatları və digər bölmələr müştərilərin xidmətinə veriləcək. Müştərilər həmçinin, “Xonça” un məmulatları bölməsində müxtəlif növ şirniyyatlar, tortlar, hazır yeməklər, isti təndir çörəyi əldə edə biləcəklər.

Qeyd edək ki, marketin açılışı ilə əlaqədar müştərilər üçün möhtəşəm endirim və hədiyyə kampaniyaları nəzərdə tutulub. Kampaniya  6 iyun tarixinədək davam edəcək.

“Araz” supermarketlər şəbəkəsi hər kəsi böyük məmnuniyyətlə, yeni filialının açılışına dəvət edir.