Qoç - enerji tonusunuza diqqət verin. Təhlükəli gərginliyin yarandığını hiss etdiyniz məkanda ehtiyatlı olun. Xroniki problem ciddiləşə bilər. Problematik situasiyanı sürətləndirən və dərinləşdirən amillər sizin üçün siqnal olmalıdır.
Cari işlərdə diqqətli davranın. Təzyiq, ifrat tələbkarlıq, mübahisələr, fəaliyyət obyektinin dəyişdirilməsinin vaxtı deyil.
Evdə təmir aparırsınızsa, bir qədər fasilə verin.
Kompüterin apqreydi, yoxlanılmamış mənbələrdən informasiya köçürülməsi üçün əlverişli vaxt deyil.
Münasibətlərin qəflətən gərginləşdirilməsi işgüzar və şəxsi münasibətlərdə sürətlənməyə səbəb olacaq.
Yeni imkanlardan dərhal faydalanmağa çalışmayın.
Buğa - istənilən, hətta ən kiçik işlərdə fayda və mənfəət arayın. Hadisələri tələsdirməyin. Etdiyiniz seçimi dərhal açıqlamayın. Ev işləri və ailə tədbirləri üçün əlverişli zamandır.
Yeni işə və ya fəaliyyət sahəsinə maraq yarana bilər.
Günün ikinci yarısında yeni ideya və fikirlərinizi yaxın ətrafınızdakı insanlarla bölüşə bilərsiniz.
Axşam saatlarında aktiv istirahəti seçin.
Romantik münasibətlər təkan ala bilər. Praktik olun. Rəğbət hissi ilə yanaşı, məntiq də olmalıdır.
Əkizlər - təhlükəsizliyinizə və işinizin səlis yerinə yetirilməsinə fikir verin. Hadisələrin bir qismini nəzarətdə saxlayın. Məntiqli olun, soyuqqanlı və təmkinli davranın.
Emosiyalara uymayın, avantür təkliflərə aldanmayın. Problemlərə reaksiyanı qeyri-emosional səviyyəyə salın. İşin məhsuldarlığı yüksək olacaq. Lakin ifrat dərəcədə çalışmayın.
Səhhətinizlə bağlı problem riski var.
Yardım və ya qayğı təklif olunursa, inadkarlıq etməyin. İşin "zəif həlqə"sini nəzarətdə saxlayın.
Yeni maraqlar üçün yaşam arealında gərəkli məkan yaradın.
Xərçəng - sizi yoran və ya usandıran məsələlər ailədə gərginlik yarada bilər. Evə əlavə iş aparmayın. Başqasının problemlərinin həlli ilə məşğul olmaq istəsəniz, öz işinizi unutmayın.
Münaqişələrdən qurtula bilməsəniz, izafi səmimiyyətə varmayın, başqalarının mənfi dəyərləndirmələrini sükutla dinləyin. Problemi həll edərkən kiminsə məziyyətlərini və ya mövqeyini dəyişməyə can atmayın.
Stress səviyyəsini aşağı salmağa cəhd göstərin.
Axşam saatlarında xoşladığınız işlə məşğul olun, maraqlı məlumatlar arayın.
Bu gün ilginc ideyalar ola bilər. Həmin ideyalardan gələcəkdə yararlana bilərsiniz.
Şir - çətin və gərgin situasiyalarda ruhdan düşməyin, geriləməyin. Kimsə həmin situasiyanı daha da ağırlaşdıracaq və siz cari işləri bir kənara qoyaraq təcili işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız.
Yeni xəbər alınacaq. Bundan sonra necə hərəkət etməyi, yeni oyun qaydalarını qəbul edib-etməməyi müzakirə edin. İşlərə bilavasitə cəlb olunmuş adamların mövqelərini öyrənin.
Gərəkli anda qıvraq və çevik hərəkət edin.
Axşam saatlarında istirahət edin.
Alış-veriş üçün imkan varsa, simiclik etməyin.
Qız - uğurlarınız çox olsa da, ehtiyatlı olun. İşlərin rəvan getməsi günün əlverişli olmasına dəlalət etmir. Problemin asan həll olunduğu və ya gözlədiyiniz məkada uğur yoxdur. Yanlış diaqnozlar və tələsik qərarlardan qorunun. İndi ailə üzvlərini birləşdirə biləcək işə başlayın.
Hadisələr və xəbərlər yaradıcılıq planlarınızı poza bilər. Yaxın ətrafınızdakı insanlar öz hiss, həyəcan və emosiyalarının bir qismini sizə yük etməyə çalışacaqlar.
Şəxsi münasibətlər müstəvisində inadkar olun, maraq və istəklərinizin reallaşmasına çalışın. Tərəfdaşın aktivləşməsinə rəvac verin.
Ümumi məqsədə köklənmək indi mümkünsüz təsir bağışlayan işin öhdəsindən gəlməyə imkan verəcək.
Tərəfdaşlıq, birlik və ya ittifaq üçün yeni üfüqlər kəşf edin.
Yeni maraqlar, hətta yaşamın cari dövrünün mənası belə, əyan ola bilər.
Tərəzi - yaxın ətrafınıza, yaşam arealınıza diqqət yetirin. Ağıllı və fəndgir davranın, ehtiyatı əldən verməyin.
Qüvvələrinizi bərpa etməyə çalışın. Bunun üçün təmrinləri və ya prosedurları müəyyənləşdirin.
Yeni informasiya alına bilər. Bu xəbər işlərin gedişatında, işgüzar təərfdaşlarla münasibətlərdə dəyişikliklər yarada bilər.
Başlanmış prosesi dayandırmağa can atmayın, çünki niyyətiniz reallaşmayacaq.
İşdə kiçik, amma önəmli detalı aşkarlayın. O detal və ya ünsür işi tamamlamağa, onu mənalandırmağa imkan verir.
Əqrəb - birmənalı olmayan, çətin, mürəkkəb gündür. Tam sürətlə irəliləmək istəyini unudun. Bir qədər təkbaşına işləyin, fikirlərinizi cari qayğılardan "təmizləyin" və dəqiq bəlirlənməmiş potensialın hiss olunduğu mövzuları araşdırın.
Cari işlərdə qəfil xəbərlər, yanlışlıqlar, fikir ayrılıqları yarana bilər. Dəyişikliklərə ehtiyac duyulan məqamla olduğu kimi saxlanılması gərəkən məsələni araşdırıb müəyyənləşdirin.
Ailənin yaşlı üzvlərindən biri problemlə qarşılaşa bilər.
Hamıya hər işdə yardım etməyə çalışmayın. Belədə bütün imkan və resursları israf edə bilərsiniz.
Oxatan - qarışıq və laübəli gündür. Rutin işlərlə aramla məşğul olun. Süni təkan işin ziyanına ola bilər. Cari işlərin çərçivəsində qalın. Qəflətən yaranan situasiyalara dərhal reaksiya verin.
Haradasa gərginlik yaranırsa, tələbləri gündəmdən çıxarın, mübahisəni dayandırın. Avtomobildən istifadə etməyin, piyada gəzin. Görüş və dostlarla məclisi təxirə salın.
Ehtiyatlı və sayıq olun. Yaxın ətrafınızdakı insanlarla münasibətlər pisləşə bilər.
İstənilən halda bilin ki, yaranan problemi dərhal həll etmək gərəkdir.
Oğlaq - yaşam nə qədər çətinləşirsə, fəaliyyətiniz bir o qədər effektiv olmalıdır. Kreativ nümayiş etdirərək iki nəfərin əvəzinə işləyə bilərsiniz. Lakin belədə çox tez yorulacaqsınız. Fəal işdən sonra bir qədər istirahətə dəyər.
Yaradıcılıq, dostlarla ünsiyyət, görüş və səfər üçün əlverişli vaxtdır. Xərclər məntiqi və faydalı olmalıdır.
Maraqlarınız çərçivəsində materiallar və avadanlıq almaq olar. Təmir və dizayn işləri də mümkündür.
Şəxsi münasibətlər müstəvisindəki olaylar üçün pis gün deyil. Xırdalıqlara və detallara fikir verməyin.
Dəyər verdiyiniz insanlara laqeyd olmayın.
Dolça - perspektivdə başlanacaq layihələr və ya işlərlə bağlı gərgin mübahisələrə qatılmayın, enerjinizi mənasız işlərə sərf etməyin.
Cari işlərə yetərincə vaxt ayırın.
Təxirəsalınmaz müdaxilə tələb edən işlərdə aktiv olun.
Təəssüratlar, tələblər, iddialar və dəvətlər çoxdur.
Tərəfdaşlarınız qarşısında götürdüyünüz öhdəlikləri vaxtı bitməmiş yerinə yetirin. Dəqiq olun. Qeyri-dəqiq davranış, gecikmələr dəyərli münasibətlərə zərbə vura bilər.
İdeya və təkliflər sürətli reaksiya tələb edir.
Detalları sonra fikirləşərsiniz.
Balıqlar - çoxdan bəri yığılıb qalmış iddialar və tələblər bu gün aşkarlana bilər. Ünsiyyətdə normal inetsivliyi qoruyaraq səmimi və gülərüz qalmaq çətindir.
İşinizi yerinə yetirin, tapşırıqları və öhdəlikləri unutmayın. Yeni işə və ya layihəyə başlamayın. Təmkinli, soyuqqanlı davranın.
Qəfil xəbər və ya təxribatların yaratdığı emosiyaya uyaraq dərhal reaksiya verərək düşünülməmiş addımlar atmayın.
Yeniliklər yeni imkanlar yaradır.
Dəyişikliklər üçün bir qədər sonra taleyinizə minnətdar ola bilərsiniz. Lakin indi heç nəyi dəyişməyin.
Ehtiyatlı olun - Günün qoroskopu
00:05 31-05-2019
CƏMİYYƏT
Digər Xəbərlər
2024-11-16 17:23:00
2024-11-16 17:15:00
2024-11-16 16:51:00
2024-11-16 16:22:00
2024-11-16 16:08:26
2024-11-16 16:05:30
2024-11-16 15:12:18
2024-11-16 15:04:34
2024-11-16 13:15:17
2024-11-16 12:46:00
2024-11-16 12:34:26
2024-11-16 12:27:00
2024-11-16 12:25:58
2024-11-16 12:18:00
2024-11-16 12:06:00
2024-11-16 11:37:30
2024-11-16 11:36:39
2024-11-16 11:02:39