Xəbər verdiyimiz kimi, Londonun "Çelsi" klubunun sahibi, rusiyalı milyarder Roman Abramoviç Avroliqanın finalında "Çelsi"-"Arsenal" oyununu izləmək üçün Bakıya gəlib.
Unikal.org-un əldə etdiyi məlumata görə, paytaxtımızda qonaq olan rusiyalı milyarder İçərişəhərdə olub. Roman Abramoviç "Çelsi" klubunun fanatlarına avtoqraf verib. Milyarder və xarici qonaqlar Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun kiçik oğlu Nicat Heydərovla bir masada çay içib.