"Dövlət büdcəsindən qanunsuz xərclənmiş vəsaitin təkrar büdcəyə bərpası təmin olunur".
Unikal.org xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, sosial sahədə şəffaflığın təmin olunmasına dair işlər mütəmadi davam edəcəkdir: "Meydana çıxan pozuntularla bağlı ən sərt tədbirlər görülür. Təkcə ötən il sırf əlillik sahəsində 3 milyon manatdan artıq vəsait bərpa edilib. Digər sosial sahələrdə isə son bir ildə 8 milyona yaxın vəsait dövlət büdcəsinə bərpa edilib. Pozuntuların olması normaldır. Çünki aylıq 2 milyon 800 min insana xidmət və ödəniş həyata keçirilir. Burada qəsdən və ya texniki əhvə də yol verə bilərlər. Əgər saxtakarlığa yol verilibsə onlara hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilir. Əsas məsələ qarşıya tələb qoyulur ki, vəsait geri qaytarılmalıdır. Əksər hallarda vəsaitlər günahkar vəzifəli şəxslər tərəfindən ödənilir".