Xəbər verdiyimiz kimi, mayın 29-da müasir inkişafı və tarixi ənənələri özündə birləşdirən paytaxtımız daha bir nüfuzlu qitə əhəmiyyətli futbol oyununa ev sahibliyi etdi. UEFA Avropa Liqasının final qarşılaşması doğma şəhərimizdə uğurla reallaşan idman turniri kimi yadda qaldı. İrimiqyaslı bu tədbirin uğurla yekunlaşmasını şərtləndirən vacib məqamlardan biri də nəqliyyat məsələlərinin düzgün hazırlanması və idarə olunmasıdır. Final oyununun nəqliyyat planı da bu məqam nəzərə alınmaqla tərtib edilib. Məmnunluqla bildirmək istərdik ki, fəaliyyət planında əksini tapan tədbirlər uğurla və vaxtında icra edildi. Vaxtında icra olunan tədbirlərdən biridə nəqliyyat sistemi idi.
Unikal.org xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi UEFA Avropa Liqasının "Çelsi" və "Arsenal" qarşılaşmasının Final Oyununun "NƏQLİYYAT ƏMƏLİYYATLARI"nın görüntülərini yayımlayıb. BNA rəhbərliyi tədbirlərinin müvəffəqiyyətlə icra olunmasında paytaxt sakinlərinə, həmçinin, nəqliyyat məsələlərinin icrasında iştirak edən aidiyyəti dövlət və özəl qurumların səylərini vurğulayaraq minnətdarlığını ifadə edib.