"Huner Group" 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir təşkil edib.
"Huner Group”un PR və Marketinq Departamentinin direktoru Nəsimi Paşayev Unikal.org-a bildirib ki, şirkətin baş ofisində təşkil olunan tədbirə Qayğı - Sağlam Nəsil Naminə İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindən uşaqlar dəvət olunub.
Uşaqlar Huner Group-un baş ofisini gəzib, ofisin Flexhouse sisteminə əsaslanan istirahət guşələrində əyləniblər. Onlar üçün əvvəlcədən hazırlanmış kinozalda cizgi filmi izləyib, karaoke otağında şən mahnılar və oynaq musiqi sədaları altında rəqs ediblər. Azyaşlılar uşaq oyun zalında müxtəlif oyunlar oynayarkən digər uşaqlar futbol və basketbol meydançasında yarışıblar.
В связи с 1 июня - Международным Днем Защиты Детей, Huner Group организовал мероприятие. На мероприятие, организованном в головном офисе компании, были приглашены дети из Центра Реабилитации Людей с Синдромом Дауна, действующий в рамках Общественного Объединения «Здоровое поколение». Дети прошлись по головному офису Huner Group, а также весело провели свое время в развлекательном центре Flexhouse. Они посмотрели анимационный фильм в кинотеатре, танцевали под веселые песни и танцевальную музыку в караоке-зале. В то время как одни дети играли в различные игры в детской игровой комнате, другие дети соревновались в футболе и баскетболе.