Qaradağ rayonu Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.

Unikal.org xəbər  verir  ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.
Keçirilmiş səyyar qəbulda 200-dən çox qəsəbə sakini iştirak edib.
Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə, yeni salınan asfalt örtüyü və məktəblilər üçün çəkilən xüsusi piyada yollarına görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 8 nəfəri fərdi qaydada dinlənilib.
Sakinləri narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin  həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Daha sonra qəsəbə sakinlərinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.