İyun ayının qeyri-iş günləri açıqlanıb.
Unikal.org-un məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2019-cu ildə 5, 6 iyun – Ramazan bayramı, 15 İyun – Milli Qurtuluş günü və 26 İyun –Silahlı Qüvvələr günü qeyri-iş günləri hesab ediləcək.
15 İyun – Milli Qurtuluş günü həftənin şənbə gününə düşdüyündən, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin qərarına əsasən 2019-cu ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 17 iyun istirahət günüdür.