Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan Türkiyənin ən böyük şəhəri olan İstanbula gedənlərin sayı 22.4 faiz artıb.
Unikal.org xəbər verir ki, İstanbul Bələdiyyəsi bu ilin yanvar-aprel ayları ərzində şəhərə xaricdən gələn turistlərin siyahısını açıqlayıb. Azərbaycan İstanbula gedən turistlərin sayına görə, 100 ölkə içərisində 19-cu yerdə qərarlaşıb.
Belə ki, sözügedən müddət ərzində şəhəri 4 milyon 399 min turist ziyarət edib. Bunun da 77 min 678-zi azərbaycanlıdır. Ötən illə müqayisədə bu ilin yanvar-aprel ayları ərzində Azərbaycandan İstanbula gedən turistlərin sayı 22.4 faiz artıb.
Ermənistan isə bu siyahıda 89-cu yerdə qərarlaşıb. Düşmən ölkədən qardaş ölkənin İstanbul şəhərinə 5 min 18 turist gedib. Bu da ötən illə müqayisədə 6.5 faiz azdır.
Qeyd edək ki, ilk üçlükdə birinci Almanya (315 min 143-nəfər), ikinci İran (267 min 44 nəfər), üçüncü Rusya Federasiyası (227 min 637 nəfər) yer alır.