1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı dəmir yolu xəstəxanasında aksiya keçirilib. Baş həkim Laçın İmanov, baş həkimin müavini Xuraman Bağırova və Diaqnostika şöbəsinin müdiri Adilə Rzayevanın rəhbərliyi ilə 82 uşaq pulsuz müayinə olunub. Həkim pediatrlar Aytəkin İbrahimova, Samirə Məmmədzadə və Sevil Əzizovanın nəzarəti altında uşaqlar ultrasəs, exo kardioqramma, elektro kardioqramma, flüoqrafiya, elektro ensefoloqramma, exo ensefoloqramma və laborator müayinədən keçirilib.
Unikal.org xəbər verir ki, baxışa gətirilən uşaqlar arasında 2 aylıq körpələr və yeniyetmələr olub. Pulsuz aksiyadan bölgələrdən gələnlər də yararlanıb.
Müayinələr bitdikdən sonra xəstəxananın ərazisində şou-proqram təşkil olunub. Uşaqlara şirniyyat və oyuncaqlar hədiyyə edilib.
Qeyd edək ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı dəmir yolu xəstəxanasında bayrama rəng qatan daha bir hadisə baş verib. Həmin gün xəstəxanada 3-ü qız, 1-i oğlan olmaqla, 4 uşaq dünyaya gəlib.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan daha bir bayram tədbiri Biləcəridəki mərkəzi dəmir yolu xəstəxanasında keçirilib.
Bayram tədbirində həmin xəstəxanada dünyaya gələn 3 uşağa doğum haqqında şəhadətnamə verilib.