Mən "borcların silinməsi” sözünü başa düşmürəm. Kim yeyib, kim dağıdıbsa, canı çıxsın, gəlsin, cavabını versin, ödəsin".
Unikal.org xəbər verir ki, bunu millət vəkili Fəzail İbrahimli parlamentin komitə iclasında bildirib.
"Burada deyildi ki, borclar silinməlidir. Ay qardaş, bu nədir?”, - deyən millət vəkili bu məsələnin anlaşılmaz olduğunu və qaranlıq məqamlardan xəbər verdiyini bildirib.
"Kim bələdiyyəni yeyib, dağıdıbsa, gəlsin, canı çıxsın, ödəsin. Onu edənləri "İnterpol”la da axtarıb, tapmaq mümkün deyil?! Mən, vallah, bu "silinmək, silinməlidir” sözünü hələ də anlaya bilmirəm. Yeyirlər, dağıdırlar, gedirlər, sonra da cəzasını yeni bələdiyyə üzvləri çəkir. Bunu yığışdırmaq lazımdır. Yemisən, canın çıxsın, gəl, ödə”, - deyə millət vəkili əlavə edib.