Azərbaycanda bir il ərzində 1500 məhkuma elektron qolbaq tətbiq edilib.

Unikal.org xəbər verir ki, bu barədə Ədliyyə naziri Fikrət Məmmədov deyib. 

Nazir bildirib ki, Prezidentin cəza siyasətinin humanistləşdirilməsi barədə 2017-ci il 10 fevral tarixli fərmanına əsasən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü müəyyənləşdirilib və elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb. 

"Qısa müddətdə bu cihazların ölkədə istehsalı təşkil olunub. Bir il ərzində 1500 məhkuma elektron qolbaq tətbiq edilib".