Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.

Unikal.org-un məlumatına görə, bayram namazı "Təzə pir " məscidində, saat 09.00-da başlanıb.

Bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınır.

Qeyd edək ki, bundan əvvəl isə "Əjdərbəy" məscidində bayram namazı qılınıb.

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 6-da başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə iyunun 5-nə təsadüf edir

08:50

Bu gün Bakı məscidlərində Ramazan bayramının namazı (Ftir) qılınır.

Unikal.org xəbər verir ki, ilk Fitr namazı saat 08:00-da paytaxtın "Əjdərbəy" məscidində qılınıb.

"Təzə Pir" və digər məscidlərdə isə bayram namazı 09:00-da qılınacaq.