28 saylı Sabunçu üçüncü seçki dairəsindən seçilmiş deputat Eldar Quliyev Ramazan bayramı münasibətilə bayram süfrəsi təşkil edib.

Unikal.org xəbər verir ki, bayram süfrəsində Bakının Nardaran, Maştağa, Bilgəh və Zabrat qəsəbələrində yaşayan sakinlər iştirak edib. Bayram süfrəsi Maştağa Cümə məscidində təşkil edilib.

Ramazan bayramı münasibətilə təşkil olunan mərasimə qatılan deputat Eldar Quliyev hər kəsi təbrik edib.

Parlamentari bildirib ki, ölkəmizin uğurlu daxili və xarici siyasəti, bütün sahələrdə görülən işlər göz qabağındadır:

"Cənab prezidentimiz sosial- iqtisadi islahatlar həyata keçirməkdə davam edir. Aparılan hər bir iş xalqımızin rifahı naminə  həyata keçirilir. Bir daha hər birinizi Ramazan bayramı münasibətilə təbrik edirəm. Arzu edirəm ki, ən qısa vaxtda Azərbaycan əsgərinin ayağı Qarabağa dəysin. Üçrəngli bayrağımız işğal altında olan torpaqlarımizda dalğalansın".

Qeyd edək ki, Ramazan bayramı münasibətilə təşkil olunmuş mərasimdə 1000-ə yaxın sakin iştirak edib.