Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun şikayəti əsasında məhkəmə baş tutub.
Unikal.org xəbər verir ki, şikayətə Moskva Vilayət Məhkəməsinin Mülki İşlər Kollegiyasında baxılıb. Prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Məhkəmənin verdiyi qərara əsasən, F.Abbasov on gün ərzində Rusiyadan deportasiya edilməlidir.