Fransa Milli Yığıncaq Partiyasının sədri Marin le Pen məhkəməlik olub. 

Unikal.org xəbər verir ki, bu barədə özü  "Tvitter" səhifəsində məlumat verib. Xanım siyasətçi məhkəmə sənədini icazəsiz dərc etməkdə günahlandırılır. 

Belə ki, Marin le Pen bundan əvvəl "Tvitter" səhifəsində İŞİD-ə məxsus zorakılıq əməlləri görünən şəkil dərc edib. Bundan sonra ona psixiatrik müayinədən keçməsi üçün məhkəmə qərarı təqdim olunub. Ancaq partiya sədri məhkəmə prosesi yekunlaşmamış qərarı qanunsuz olaraq "Tvitter" səhifəsində paylaşıb.

Fransa qanunvericiliyinə əsasən, hökm olmadan məhkəmənin hər hansı bir qərarını dərc edərək ictimailəşdirmək qadağandır. Bu da onun üçün növbəto problemə çevrilib.