UEFA Millətlər Liqasında 3-cü yerin sahibi müəyyənləşib.
Unikal.org xəbər verir ki, bu, İngiltərə yığmasıdır. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv İsveçrəni penaltilər seriyasında məğlub etməyi bacarıb.
Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. 84-cü dəqiqədə İngiltərə millisinin hücumu zamanı qol vurulsa da, VAR-a müraciətdən sonra epizod zamanı qayda pozuntusuna yol verildiyi təsbit olunub.
Penaltilər seriyasında isə İsveçrə yığmasının futbolçusu Yosip Drmiç 6-cı zərbəni yerinə yetirilərkən, rəqib qapıçı Cordan Pikford topu qaytarıb. İngiltərə isə bunadək 6 zərbənin hamısında dəqiq olduğu üçün qalib gəlib - 6:5.
Qeyd edək ki, Millətlər Liqasının qalibi saat 22:45-də Portuqaliya və Hollandiya arasında keçiriləcək final matçının yekununda müəyyənləşəcək.