Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Tədris metodik şuranın iclası keçirilib.

Unikal.org xəbər verir ki, ATMU-nun Tədris işləriüzrə prorektoru, TMŞ-nın sədri Hüseyn Həsənov 2018/2019-cu tədris ilininyazimtahan sessiyasına hazırlığın yekun nəticələrini diqqətə çatdırıb. Tədris metodik  şöbənin müdiri Simnar Mamedovimtahana nəzarət komissiyasının yaradıldığını,imtahan biletlərinin dekanlıqlara təhvil verildiyinibildirib.Şura üzvlərindən Zaur Bağırov, Novruz Quliyev, Bahadur Bilalov, Vüqar Nəzərov və digər struktur rəhbərləri yaz imtahan sessiyasına hazırlığıqənaətbəxş hesab ediblər.

Rektor müşaviri Elvin Yusifli diqqətə çatdırıb ki,Dövlət Turizm Agentliyinin təşəbbüsü və maliyyə dəstəyi, BMT İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə ali təhsil müəssisəsində “TedQual” və “ISO 9001” sertifikatların əldə edilməsini şərtləndirən təlim-tədris-tədqiqat üzrə fəaliyyətin yenidən qiymətləndirilməsi,hədəf bilinən sertifikatların alınması istiqamətində zəruri  yoxlamalara start verilib. E.Yusifli “TedQual” sertifikatı təlim-təhsil-tədqiqat sahələrini ehtiva edən əhəmiyyətli tanınma sənədidirsə, “ISO 9001” keyfiyyəti idarəetmə standartı kimi əhəmiyyətlidir-deyib. Elə bu səbəbdən ATMU hər iki sertifikatdan faydalanıb və beynəlxalq nüfuz dairəsində yer almaq niyyətindədir. 

ATMU Tədris metodik şuranın iclasında “Xidmət mühəndisliyi” fakültəsinin dekanı Kənan Allahverdiyevin təqdimatı əsasında mövcud strukturun “Sosial menecment” fakültəsi adlandırılmasıtəklifi Elmi Şura iclasının gündəliyinə daxil edilməsi tövsiyyə olunub.

ATMU-da yaz imtahan sessiyasına başlanılıb.Yaz imtahan sessiyası iyulun 5-də başa çatacaq.