İyunun 3-dən 7-dək ATMU-nun əməkdaşlarıAvropaKomissiyasınınmaliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təinatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində İspaniyanin Alikante Universitetində təlimlərdə iştirakediblər.
Unikal.org xəbər verir ki, təlimlərdə Azərbaycan RespublikasıTəhsil nazirliyinin nümayəndəsi, 11 Azərbaycan tərəfdaş universitetləri və 4 Avropa tərəfdaş universitetlərin nümayəndələri təmsil olunub. Təlim moderatorlar- Middlesex Universitetinin (İngiltərə) alimləri George Douflas, Sue Bayley, Ruth Carter, AlikanteUniversitetinin (İspaniya) alimləri Denise Galvin vəGillermoBernabeu, Royal TexnologiyaUniversitetinin (Isvec) alimi Viktor Kordas- tərəfindənaparılıb.
Təlimuniversitetlərin Avropa Standartlarına uyğun SWOT təhlinin aparılması, tədris proqramlarının yazılması, İspaniyanın Milli Keyfiyyət təminatı sistemi və təcrübəsi, effektiv qiymətləndirmə, universitetlərin əsas fəaliyyətin diqatorları (göstəriciləri), innovativtədris-təlim- akreditasiya mövzuları çərçivəsində qrupi şi, müzakirə və təqdimatlar formatında olub.
Qeyd edək ki, Avropa Komissiyasının maliyyələşdirdiyi ERASMUS+EQAC “Azərbaycan universitetlərində Keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində təşkil olunan təlimlərdə Azərbaycan Turizm və Menecment Universitetini rektor musaviri Elvin Yusifli, layihəkoordinatoru- dekan müavini Flora Ələsgərova, tədris söbəsinin müdiri Simnar Mamedov, beynəlxalq əlaqələr söbəsinin baş mütəxəssisi Humay Cəfərli və menecment kafedrasının müəllimi Aqil Vəliyev təmsil edib.