Fuad Abbasovun hələ də miqrantlar üçün müvəqqəti saxlanma məntəqəsində saxlanılması ilə bağlı dəqiq izahat verilmir.
Unikal.org APA-ya istinadən xəbər verir ki, bunu Fuad Abbasovun vəkili Teyyub Şərifov bildirib.
O, bu gün Fuad Abbasovla görüşdüyünü söyləyib.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlat üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.