“Levski” ilk oyunda yaxşı nəticə əldə etdi.
"Unikal" xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” komandasının sabiq baş məşqçisi Stoyço Stoyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçmiş klubunun “Sabah”la keçirəcəyi cavab oyunundan öncə deyib.
O, “Sabah”ın çətin komanda olduğunu bildirib: “Levski”ni Bakıda ağır görüş gözləyir. Lakin ilk matçdakı qələbə müəyyən üstünlük yaradır. İstəyirəm ki, bütün komandalarımız pley-off mərhələsinə vəsiqə qazansın. Bu, Bolqarıstan futbolu üçün önəmlidir”.
Qeyd edək ki, Bolqarıstanda keçirilmiş ilk matçda “Levski” 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 14-də Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək.