Meksikanın ABŞ-la sərhəddə yerləşən Sonora ştatının iki şəhərində silahlı insident baş verib, azı 9 nəfər ölüb.
Unikal.org RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ştatın Baş Prokurorluğu məlumat yayıb.
İlkin məlumatlara görə, 5 nəfər Agua Prieta, 4 nəfər isə Nako şəhərində öldürülüb.
Hadisə baş vermiş ərazilərdə polis ölənlərin meyitini və güllə izləri olan avtomobillər aşkar edib.