Türkiyənin ən böyük çarpayı istehsalı firmalarından birinin böyük hissə sahibi 75 yaşlı Sinan Güləç və qızı Nur Güləç arasında əmlak bölgüsü ilə bağlı anlaşılmazlıq yaranıb.
Unikal.org Türkioyə mətbuatına istinadən xəbər verir ki, firmadakı hissələrinin satışından əldə edilən 22 milyon TL-nin yarısını Nur Güləçlə ortaq hesaba köçürən Sinan Güləçin mülk bölgüsü qızının narazılığına səbəb olub və o qəyyumluqla bağlı məhkəməyə baş vurub.
Təqaüdçü ingilis dili müəllimi olan N.Güləç yataq xəstəsi, iflic atasının mal varlığını xidmətçisi 48 yaşlı G.E-yə bağışlamasıyla bağlı şikayət edib:
"Atam xəstələnəndən sonra ona mən baxmışam. Ancaq sonradan xidmətçi kimi evə aldığımız G.E. ilə ətrafındakılar məni uzaqlaşdırdı. Xərçəng olduğum zaman lazımı qədər mübarizə apara bilmədim. Atamla üç ildir görüşə bilmirəm. Onunla görüşməyə icazə vermirlər. Baş verənlər göz önündədir, atam sağlam deyil, doğru düşünə bilmir. Yoxsa bunları edərmi?
Xərçəng xəstəliyindən müalicə alıram, yaşamaq üçün maddi dəstək istədiyim zaman da atam qəbul etmir" - deyə iş adamının qızı bildirib.
Məlmata görə, Sinan Güleç, 2011-ci ildə beyininə qansızması nəticəsində iflic olub. Yataq xəstəsi olan S.Güləç firmanın 2014-ci ildə xarici bir şirkətə satılması ilə payına düşən 22 milyon TL-ni alıb. Pulun 11 milyon TL-sini şəxsi, 11 milyon TL-sini də firmada kiçik nisbətdə hissə sahibi olan, tək övladı Nur Güleç ilə birlikdə ortaq hesaba köçürüb. Sinan Güləç satışdan əldə etdiyi pulla ev, villa və iş yeri satın alıb.
O bütün daşınmaz əmlaklarını evində xidmətçi kimi çalışan daha sonra birlikdə yaşadığı 48 yaşlı G.E-nin adına keçirib. Vəziyyətdən xəbərdar olan iş adamının qızı Nur Güleç 2015-ci ildən məhkəmələrdə qalıb. Hələ o zaman məhkəmə Nur Güləçin tələblərini, atasının səhhətiylə bağlı dediklərini rədd etmişdi.