Unikal.org dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - işdə əla nəticələrə nail olmaq imkanı var. Rəqibləri üstələyə, bədxahları tərksilah edə bilərsiniz. Risk istisna deyil. Narahat olmayın, qorxmayın.
İntiusiya sizə nə zaman aktiv fəaliyyətdə olmağı, nə zaman da kölgəyə çəkilərək gözləməyi deyəcək.
İşgüzar ünsiyyətdə çətinliklər ola bilər. İş yerində rəhbərlik sizə əsl diktator təsiri bağışlamasın. Birgə layihələr və şərikli iş üçün əlverişli gün deyil.
Ailə üzvləri ilə dil tapmaq çətindir.
Şəxsi münasibətlər müstəvisində sayıq, ehtiyatlı olun.
Buğa - yeni işə və ya layihəyə başlamaq üçün əlverişli gündür. Çətinlikləri dəf etmək üçün orijinal yollar və metodlar arayın. İşdə kollektivin üzvləri ilə münasibətlər nizamlanır.
İş yoldaşlarınızdan biri və ya şərik etibarlı müttəfiq ola bilər. Yeni səlahiyyətlərlə yanaşı, öhdəliklər də peyda olacaq. Gəlir, mənfəət və ya maaş arta bilər.
Tədris və təhsil üçün əla gündür. Praktiki bilgilər əldə edə bilərsiniz. Yaradıcı layihələrdə uğur istisna deyil.
Yeni tanışlıqlarda fayda var. Onlar yaşamınızda mühüm rol oynaya bilər.
Əkizlər - orijinal və qeyri-standart qərarlar qəbul edin. Yaxın ətrafınızdakı insanlar addımlarınızı anlamayacaqlar. Narahat olmayın, yolunuza davam edin.
Hadisələrin inkişaf etdiyi məcradan və istiqamətdən asılı olmayaraq qarşınıza qoyduğunuz məqsədə doğru gedin, planlardan imtina etməyin.
Ətrafınızdakı insanlarla bağlı gözləntiləriniz böyük olmasın.
Ailə üzvləri ilə münasibətlər rəvan deyil.
Ən kiçik səbəbdən mübahisə yarana bilər. Həmin mübahisədən sonra qızğın barışıq olacaq. Uşaqlarla dil tapmaq çətindir. Müxtəlif yaşlılar arasında fikir ayrılıqları kəskinləşir.
Xərçəng - səfər, səyahət, ezamiyyət üçün uğurlu gündür. Yaşam arealının dəyişməsi əhvalınızı yaxşılaşdırmaqla yanaşı, yaradıcıldıq potensialınızı da artırır. Gözəl ideyalarınız peyda olacaq.
Yeni işə və ya layihəyə başlamaq, potensial tərəfdaşlar aramaq üçün yaxşı gündür.
Uğurlu investisiyalar və səmərəli alış-veriş istisna deyil.
Şəxsi münasibətlər müstəsivində irəliləyiş olacaq.
Yaxın ətrafınızdakı insanlarla təmaslarda dəqiq və həssas olun. Yeni tanışın rəğbətini qazanın, yaxınlarınızla fikir ayrılıqlarına yol verməyin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Şir - qəfil görüş baş tuta bilər. Bu təmas xoş olmasa da, faydalıdır. Gün çoxsaylı tanışlıqlar vəd edir. Sizi paltara görə qarşılayacaqlar və buna görə də zahiri görünüşünüzə fikir verin. Əşyalarınızı nəzarətdə saxlayın.
Kiçik, amma təəssüf doğuran itkilər ola bilər.
Günün ikinci yarısında səhhətinizə fikir verin.
Yaşam potensialınız və tonusunuz aşağı düşəcək. Bihallıq mümkündür. Allergiya və ya zökəm istisna deyil.
Qız - nahamar, gərgin gündür. Çətin qərarlar qəbul etməli, yaxın ətrafınızdakı insanların təqdir etməyəcəyi addımlar atmalı olacaqsınız.
İşdə konkret layihə və ya plan baş tutmayacaq. Rəhbərliklə söz güləşdirməyin, həmkarlarla mübahisə etməyin.
Uzun səfər, xüsusilə də planlaşdırılmamış səyahət məsləhət deyil.
Yolda tez yorulacaqsınız. Əhvalınız pozulacaq, yeni təəssüratlar sizi sevindirməyəcək.
Axşam saatlarında alış-veriş etmək olar.
Tərəzi - orijinal həllər, qeyri-standart addımlar günüdür. Orijinallıq və gözlənilməzlik sizə uğur qazandıra bilər. Yeni tanışlıqlar faydalıdır. Onlar yaxın gələcəkdə həyatınızda köklü dəyişikliklərin rəhni ola bilər.
Maliyyə baxımından əlverişli dönəmdir. Gəlir və mənfəət istisna deyil.
Alış-verişdə tələsməyin, yaxşı ölçüb-biçin.
Köç, təmirə başlamaq üçün yaxşı vaxtdır. İmiclə eksperiment etməyin.
Əqrəb - nüfuzlu şəxslə ünsiyyət və yeni maliyyə imkanlarının aranması üçün yaxşı gündür. Müttəfiq və şərik arayın. İşdə mövqelərinizi möhkəmləndirin. Daha çox maaş ala biləcəyiniz, nüfuzlu iş yeri barədə də düşünə bilərsiniz.
Təhsil, tədris, ixtisas və biliklərin gücləndirilməsi üçün yaxşı gündür.
Perspektivə hesablanmış uzunmüddətli planı reallaşdırmağa başlayın. Dəstək və yardıma bel bağlamayın, təkbaşına çalışın. Dürüst taktikadır.
İlk uğurlara nail olan kimi sizi dəstəkləmək istəyənlər tapılacaq.
Axşam saatlarını evdə keçirin, əyləncə məkanına yollanmayın.
Oxatan - risk etməyin. Düşünülməmiş addımlar və impulsiv hərəkətlər üçün əlverişli gün deyil. Sınanmış, etibarlı metodları seçin, rahat yolla irəliləyin. İşdə xoşagəlməz sürprizlər, rəhbərliklə münaqişə ola bilər.
Situasiyanı stabilləşdirməyə çalışın. İnadkar və kəmhövsələ olmayın.
Romantik görüşdən imtina edin. Belə görüş olarsa, istədiyiniz məcrada cərəyan etməyəcək. Yeni tanışlıqlardan yaxşı heç nə gözləməyin.
Həmin tanışlıqlar ciddi heç nə vəd etmir.
Ailə üzvləri ilə təmaslara daha çox vaxt ayırın.
Axşam saatlarında dincəlin, yaxşıca istirahət edin.
Oğlaq - ehtiyatlı və sərvaxt olun. Ciddi, çətin sınaqlar dönəmidir. Bütün işlərdə dəqiq və səliqəli olun.
Ən kiçik səhvin belə, böyük fəsadları ola bilər. İşdə rəhbərlki sizə qarşı çox tələbkardır. Kollektivdə münasibətlər gərginləşir.
Bədxahınız fəaliyyətdədir.
Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə səmimi olun. Dostlarla təmaslarda fikir ayrılıqları yaranarsa, müzakirə vasitəsilə problemi aradan qaldırın. Laqeyd qalmadığınız insanı sevindirin. Ailə üzvlərinə sürprizlər edin.
Köhnə tanışdan çoxdan gözlənilən xəbərin alınması mümkündür.
Dolça - niyyətlərinizi reallaşdırmağa tələsməyin. Az sonra planları gerçəkləşdirmək üçün uğurlu şərait yaranacaq. Peşəkar mövqelərinizi möhkəmləndirmək imkanı var. Amma vicdanınızın səsinə qulaq asın.
Ciddi maliyyə itkiləri ola bilər.
Etibar etdiyiniz və dəyər verdiyiniz insanlarla ünsiyyət üçün xoş gündür.
Romantik görüş, dostlarla təmaslar əhvalınızı yaxşılaşdıracaq.
Son vaxtlar sizi yaman narahat edən, təlaşa salan problemi çözə bilərsiniz.
Balıqlar - uğurlu gündür. Başladığınız işlər alınacaq. Yaxın ətrafınızdakı insanların öhdəsindən gələ bilmədikləri problemi həll edəcəksiniz.
Maraqlı işgüzar təkliflərin alınması mümkündür. İş həyatınızda qarşınızda yeni üfüqlər açılır, yeni perspektivlər yaranır. Bilik, bacarıq, ixtisasın artırılması mümkündür. Fəaliyyət sahəsini genişləndirə bilərsiniz.
Maliyyə və sərmayə məsələlərində uğur əldə edə bilərsiniz. Pulla bağlı problemlər yaranmayacaq. Şəxsi münasibətlər müstəvisində irəliləyiş olacaq.
Az sonra ciddiləşəcək romantik münasibətlər formalaşacaq. Həyat potensialı yüksəkdir.
Əhvalın pozulması və ya səhhətdə hər hansı fəsadın yaranmasından ehtiyatlanmayın.