Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.

Unikal.org “Report”a istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri seçilib.

Bu barədə qərar BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının iclasında qəbul edilib. N.Cəfərov kafedra müdiri vəzifəsində filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəblini əvəzləyib.

Akademik N.Cəfərov əvvəllər həmin kafedranın professoru vəzifəsində işləyib.