Yeni Zelandiyanın Kraystçerç şəhərindəki Nur və Linvud məscidlərində 51 nəfəri qətletmək, 49 nəfəri yaralamaqda günahlandırılan terrorist Brenton Tarrant məhkəmə qarşısına çıxarılıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, terrorist məhkəmədə günahsız olduğunu deyib. Tarrant məhkəməyə yüksək şəkildə təhlükəsizliklə təmin olunmuş Paremoremo həbsxanasından video görüntüylə qatılıb. 

O vəkilləri vasitəsilə ona verilən 51 cinayət, 40 cinayətə təşəbbüs və terror hərəkətindən günahsız olduğunu iddia edib. Ancaq hakim Tarrantın 4 May 2020-ci ildə yenidən məhkəməyə çıxmasına hökm oxuyub. 

Xatırladaq ki, martın 15-də Kraystçörç şəhərindəki iki məscidin atəşə tutulması nəticəsində 51 nəfər ölüb, 49 nəfər yaralanıb.