Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarına istirahət etmək üçün icazə verilən ölkələr arasında Azərbaycanın da adı var.

Unikal.org xəbər verir ki, məlumatı Rusiya Turoperatorlar Assosiasiyası yayıb.

Bildirilib ki, 2014-cü ildən Rusiyanın polis və başqa güc strukturları əməkldaşlarının xaricdə istirahət etməsi faktiki qadağan olunub.  Rusiya DİN yalnız öz əməkdaşlarını Sovet ölkələri olan Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Belarus, Türkmənistan və Özbəkistanda istirahət etməyə icazə verib. Bura həmçinin Çin, Vyetnam və Kubada daxil idi. Bu ildən Rusiya DİN Türkiyəni də bu siyahıya əlavə edib.