"Oman körfəzində iki neft tankerinə edilən hücumu İran edib".
Unikal.org xəbər verir ki, bunu "Fox News"-a açıqlamasında ABŞ prezidenti Donald Tramp bəyan edib.
Neft tankerlərinin partladılmasında İranın əlinin olduğunu bildirən ABŞ prezidenti əminliklə vurğulayıb ki, bununla bağlı əllərindəki dəlillər var: ABŞ ordusunun əlində görüntü var və bunun bir hissəsini sübut olaraq göstərirəm.
Donald Tramp daha sonra İranı hədələməyə başlayıb: "Görəcəksiniz bizim İrana cavabımız necə olacaq! Oman körfəzi bağlanmayacaq. Bağlansa belə, bu uzun sürməyəcək".