22:35

Heydər Əliyev prospekti üzərində yerləşən Bağırov körpüsünün altında 5 maşının toqquşması ilə nəticələnən qəzada yaralananların şəxsiyyəti məlum olub.

Unikal.org  xəbər verir ki, zəncirvari qəza zamanı 1978-ci il təvəllüdlü Həmidova Gültəkin Allahverdi qızı, 2001-ci il təvəllüdlü Allahverdiyeva Aysel Ayaz qızı, 1980-ci il təvəllüdlü Allahverdiyeva Ləman Allahverdi qızı və 1995-ci il təvəllüdlü Həsənli Abbas Tağı oğlu xəsarət alıblar.

Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Həmidova Gültəkinə qasıq və omba sümüklərinin sınığı diaqnozu qoyulub və palataya yerləşdirilib. Digər xəsarət alanlara isə döş qəfəsinin küt travması diaqnozu qoyulub və onlar ambulator müalicəyə buraxılıb.

20:30

Bakıda ATU-nun Tədris Cərrahiyyə Klinikasına məxsus təcili tibbi yardım avtomobili qəzaya düşüb.

Unikal.org xəbər verir ki, hadisə bu gün Heydər Əliyev prospektində baş verib.  Təcili yardım avtomobili zəncirvari qəzaya düşüb.Hadisə nəticəsində xəsarət alanların olduğu bildirirlir.Qəza prospektdə tıxacın yaranmasına səbəb olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, qəzanın səbəbləri araşdırılır.

Famil Fərhadoğlu