Abşeron rayonunun Yeni Masazır qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Həsənov Təhməz Soltan oğlu Əliağa Vahid, 212 ünvanında yolu keçərkən onu maşın vurub.
Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Ona kəllə-beyin travması diaqnozu qoyulub.