Ryazanın keçmiş meri Sergey Karabasov həbs olunub.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Basman məhkəməsinin mətbuat katibi Yunon Tsarev məlumat verib.
Külli miqdarda dələduzluqda ittiham olunan sabiq mer 2 ay müddətinə azadlıqdan məhrum edilib. Karabasova ittiham 5 milyon rubl dəyərində uşaq meydançasının tikilməsində yol verilən xətalar üzrə araşdırma zamanı irəli sürülüb.
Bununla bağlı ONF forumunun iştirakçılarından biri Rusiya prezidenti Vladimir Putinə müraciət edib. 2017-ci ildən administrasiya rəhbəri vəzifəsini icra edən Karabasov 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.