İyunun 15-də Slovakiya tarixində ilk qadın dövlət başçısı Zuzana Çaputovanın andiçmə mərasimi keçirilib.
Unikal.org xəbər verir ki, Z.Çaputova Slovak Filarmoniyasında parlament üzvlərinin iştirakı ilə keçirilən mərasimdə Konstitusiya Məhkəməsinin sədri İvan Fiaçan qarşısında and içib və bununla da rəsmi olaraq prezident səlahiyyətlərinin icrasına başlayıb.
Qeyd edək ki, ixtisasca vəkil olan 45 yaşlı Zuzana Çaputova martın 30-da Slovakiyada prezident seçkilərinin ikinci turunda qalib gələrək, bu ölkədə ilk qadın prezident kimi tarixə düşüb.
Z.Çaputova ilk rəsmi səfərini iyunun 20-də Çexiyaya edəcək.