Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.
Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.
Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat" klubunun (Lvov) əfsanəvi futbolçusu, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim Boris Rassıxinin həyat yoldaşı Lübov Rassıxinadır.