Ukraynanın Krım Muxtar Respublikasının Simferopol şəhərində azərbaycanlılar arasında qanlı insident baş verib.

Unikal.org xəbər verir ki, Rusiyanın Kirov vilayətində "Azərbaycan" Fondunun prezidenti Elnur Hüseynovun "Report"un Rusiya bürosuna verdiyi məlumata görə, hadisə zamanı əslən Azərbaycanın Kəlbəcər rayonundan olan İlqar adlı şəxs hadisə yerində keçinib, Ağsu rayon sakini Həmzə isə xəstəxanaya yerləşdirilib.

Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən ilk öncə 68 nəfər saxlanılsa da, onlardan 53 nəfəri buraxılıb, 15 nəfər nəzarətə götürülüb. Cinayət işi davam edir.

Hadisənin pul üstündə baş verdiyi bildirilir.