Portuqaliyada yerə siqaret kötüyü atanlar 500 avro cərimələnəcəklər.
Unikal.org REN TV-yə istinadən xəbər verir ki, bu təkliflə Portuqaliya parlamentinin deputatı Andre Silva çıxış edib.
Eyni hərəkətə yol verən müəssisələrin isə 9 min avro məbləğində cərimə edilməsi nəzərdə tutulur.
A.Silva bildirib ki, ölkədə hər dəqiqə yerə 7 minə qədər siqaret kötüyü atılır. Bu, ətraf mühitə çox böyük zərər vurur.
O, qeyd edib ki, restoran və bar sahibləri daha çox zibilqabı qoydurmalı və yaxın ərazinin təmizliyinə cavabdeh olmalıdırlar.
Deputatın təklifləri parlamentdə bəyənilib, hazırda məsələyə xüsusi komitədə baxılır.