Müsəlman Qardaşları Təşkilatı (MQT) Misirin keçmiş prezidenti Məhəmməd Mursinin ölümü ilə bağlı bəyanat yayıb.
Unikal.org
xarici KİV-ə istinadən məlumatına görə, MQT-nin bəyanatında Misirin demokratik seçkilərlə vəzifəyə gəlmiş ilk prezidenti Məhəmməd Mursinin qəsdən öldürüldüyünü irəli sürüb:
“Məhəmməd Mursi öz əcəli ilə deyil, qəsdən öldürülüb. Mursinin ölümü ilə əlaqədar beynəlxalq bir araşdırma komissiyasının yaradılmasını tələb edirik. Mursi həbsxanada çox ağır şəraitdə saxlanılıb. Müalicə haqqı kimi, ən adi hüquqlardan belə məhrum edilərək ölümə təhrik edilib. Ölümündə hazırki Misir rəhbərliyi məsuliyyət daşıyır. Birləşmiş Millətlər Təşkilatına (BMT) və digər insan hüquqları təşkilatları da ölkədəki həbsxanalarda tibbi laqeydliyin nəticəsində məhbusların ölümlərinə son verilməsi üçün Misirin hazırki hakimiyyətinə təziq etməlidirlər".