Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri David Sergeenko vəzifəsindən istefa verib.
Unikal.org xəbər verir ki, bunu o, özü jurnalistlərə bildirib.
Nazir istefası barədə qərarın məsləhətləşmələrdən sonra qəbul olunduğunu deyib.
D.Sergeeno istefasına baxmayaraq, hakim komandanın sıralarında qalacağını qeyd edib.
Qeyd edək ki, D.Sergeenko 2012-ci ilin oktyabrından səhiyyə naziri idi.